Müraciətiniz qeyde alındı. Ən qısa müddətdə sizə geri dönəcəyik.
"NetPoint" şirkəti qabaqcıl şəbəkə operatorlarından və İnternet provayderlərindən biridir və informasiya texnologiyaları bazarında 2017-ci ildən fəaliyyət göstərir.
Şirkət bütün respublika ərazisində fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli bütün növ müasir telekommunikasiya xidmətləri göstərir. Göstərilən bütün telekommunikasiya xidmətləri ən son, yeni nəsil şəbəkə texnologiyaları əsasında, beynəlxalq standartlara uyğun şəkildə təşkil edilmişdir.
"NetPoint" şirkəti RIPE NCC assosiasiyasının üzvüdür. RIPE NCC assosiasiyasına üzvlük şirkətimizə öz müştəriləri üçün global ip ünvan mənbələrini daha çevik və operativ sürətdə verməyə imkan yaradır.
Avadanlıq və materialların tədarükçüsü kimi də dünya liderlərini seçməklə təklif etdiyimiz xidmətlərin etibarlılığına və rəqabətə davamlılığına əminik! İlk gündən seçmiş olduğumuz elastik tarif siyasətini saxlayaraq sifarişçilərimizə səmərəli qiymət/keyfiyyət nisbətini təklif etməkdə davam edirik.
Biz hər zaman müştərilərin suallarını cavablandırmağa onlara lazımi məsləhətləri verməyə hazırıq. Günün 24 saatı, həftənin 7 günü fasiləsiz olaraq çalışan məlumat mərkəzimiz aldığınız xidmətlə bağlı istənilən problemlərin həllində, hər zaman sizlərlə birlikdə çalışmağa, sizlərə xidmət etməyə hazırdır!
Müasir dövrdə rabitəyə olan tələbat daim artır.
İstifadəçilər rabitənin sürətinin və keyfiyyətinin daima artmasında maraqlıdırlar.
Tipik burulmuş cütlər əsasında həyata keçirilən kanallar rabitə xətlərinin çox böyük olduğu şəraitdə və güclü yüklənmə zamanı sürəti məhdutlaşdırır. Çıxış yolu kimi daha müasir optik xətlərdən istifadə olunur. Onları elə belə də adlandırırlar – Rabitənin Lifli Optik Xətləri (RLO). Çox yüksək ötürmə tezlikləri hesabına informasiyanı bir neçə Tbit/saniyə sürəti ilə ötürmək mümkündür. Opik lif dielektrikdir ki, yüksək yanma riski olan müəssisələrdə belə xətdə yanğın ehtimalı tamamilə istisna olunur. Həmçinin RLO-nun istifadə müddəti 25 il və daha çoxdur. Eyni zamanda bu yeganə texnologiyadır ki, bir paketdə yanlız konsepsiyanın həyata keçirilməsini deyil (IP telefon və interaktiv IP televiziya), həm də internetə girişi təmin edir.
Həmçinin qeyd edilən texnologiya digər xidmətlərin də təmin edilməsində böyük imkanlara malikdir:
- İnternetə yüksəksürətli giriş
- Sizin telefon xəttiniz olmadığı halda belə internetə giriş
- Şəbəkə daxili 100 mbps-ə qədər məlumat mübadiləsi
- Simmetrik kanal (giriş sürəti çıxış sürətinə bərabərdir)
- Şəbəkənin maksimal etibarlılığı, rabitənin stabil olaraq yüksək ötürücülük keyfiyyətinə malik olması
- RLO texnologiyası üzrə qoşulma öz texniki xüsusiyyətlərinə görə başqa texnologiyalara nisbətən daha etibalıdır
- Video xidmətlər, Video nəzarət, Video konfrans
- IP telefon və fərdi virtual səs xidmətləri
- Distansion təhsil
- Fərdi ev abunəçiləri üçün tarif qutularımız:
TARİF | SÜRƏT | Aylıq ödəniş |
---|---|---|
CLASSIC | 40/40 Mbit/s. | 18.00 AZN |
ECONOM | 50/50 Mbit/s. | 20.00 AZN |
VIP | 70/70 Mbit/s. | 30.00 AZN |
DELUXE | 100/100 Mbit/s. | 50.00 AZN |
IP telefoniya adi telefon ilə internetin xüsusiyyətlərini birləşdirməyə imkan verən texnologiyadır.
Siqnal əlaqə kanalı vasitəsilə rəqəmsal formada ötürülür. IP telefoniya xidməti SIP nömrələr üzərindən kompüter, mobil telefon, hətta stasionar telefon kimi kommunikasiya vasitələri ilə təmin olunur. Yüksəksürətli telefon qoşulması sayəsində birdən artıq telefon zəngi qəbul etmək və ötürmək mümkündür.
Azərbaycan Respublikasının hüdudları daxilində, internet bağlantısı mövcud olan istənilən məntəqədə xidmətdən yararlanmaq mümkündür.
Analoq TV ilə müqayisədə IPTV-də təsvirin və səsin daha yüksək keyfiyyətli olması kimi üstünlükləri var. Analoq siqnalı retranslyatorlardan, gücləndirici və kabellərdən keçərkən təhrif olunur, rəqəmsal yayımda isə bu hal baş vermir.
Təqdim etdiyimiz IPTV xidmətinin özəlliklərindən biri onun ADSL və Fiber Optik xidmətləri vasitəsilə abonentə ötürülməsidir. Hal-hazırda xidmət vasitəsilə 200-dən çox rəqəmsal TV kanalın yayımı həyata keçirilir. Xidmətdən yararlanmaq üçün sadəcə 3/3 Mbit/s. sürətli internet bağlantısı və SMART Box-u əldə etməyiniz tələb olunur.
IPTV xidmətimizin üstünlükləri:
- Dünyanın istənilən yerindən izləmə imkanı
- Yerli kanalların ödənişsiz yayımı
- 200-dən artıq kanal, bütün kanallar üçün günün proqramı (EPG)
- Canlı yayım zamanı fasilə və geriyə qaytarma
- Bütün kanallar üçün 10 günlük arxiv (hazırlanır...)
- 200.000-dən çox film, serial, video çarx arxivi (hazırlanır...)
- Youtube, Megogo, Skype, Facebook, Instagram
- WI-FI bağlantı imkanı
- HDMI, AV, USB çıxışlar
- Minimal sürət tələbi
- Online ödəniş imkanları
- 24/7 Texniki dəstək
Hörmətli abunəçilər! Aşağıda texniki dəstək mərkəzinə ünvanlanan ən tez-tez soruşulan sullarından seçmələr toplanmışdır:
1. İnternet işləməzsə
Hər şeydən əvvəl, kabelin şəbəkə cihazına (router) sıx bağlı olub olmadığını yoxlamaq lazımdır. Daha sonra şəbəkə cihazını (router) kiçik fasilədən sonra yenidən başlatmağınız tələb olunur. Məntəqəyə daxil olan "əsas xəttin" şəbəkə cihazında (router) düzgün porta qoşulduğunu bir daha yoxlayın (adətən cihaz üzərində həmin port fərqli rəngdə qeyd edilir həmçinin üzərində WAN və ya İnternet yazısı olur). "Şəxsi kabinet"inizə daxil olaraq oradan hal-hazırda bağlantının statusu haqda məlumat ala bilərsiniz. Qeyd edilənlərdən sonra internet bağlantınız yoxdursa xahiş edirik 24 saat fasiləsiz olaraq fəliyyət göstərən zəng mərkəzi ilə əlaqə saxlayın: +99412 565 77 77
2. Tarif planının dəyişdrilməsi
Tarif planı seçiləcək tarif planına və ya əlaqəli şərtlərə zidd olmadığı halda istənilən vaxt dəyişdirilə bilər. Tarifin növbəti hesabat dövründən dəyişməsi pulsuzdir, digər vaxtlar üçün tarifin dəyişdirilməsi 10 AZN təşkil edir. Tarifi zəng mərkəzini əməkdaşlarının köməyi ilə də dəyişə bilərsiniz.
3. Hesabın dondurulması
Ödəniş etdiyiniz xidmətlərin istifadə müddəti bitdikdən 3 ay sonra hesab arxive göndərilir. Hesabınız avtomatik rejimde dondurulduğu halda ləğv olunmuş sayılır və fiziki olaraq kabel avadanlıqdan ayrılır. Əgər siz hər hansı müddət üçün hesabı müvəqqəti dondurmaq istəyirsinizsə bu haqda zəng mərkəzinə telefon yaxud e-poçt vasitəsi ilə məlumat verə bilərsiniz. Seçəcəyiniz müddətə uyğun olaraq hesabın dondurulması xidməti üçün ödəniş haqqı barədə sizə məlumat veriləcəkdir.
4. "Söz verilən ödəniş"
Hesabınız ödənişi gecikdirdiyiniz üçün bağlandıqı zaman bu imkandan yararlana bilərsiniz. Bu imkandan hər bir kəs ay ərzində rüb ərzində bir dəfə yararlana bilər. Xidmət yenidən aktivləşdikdən sonrakı 3 gün ərzində ödəniş etməyiniz halda hesab yeniden sistem tərəfindən bloklanır.
5. Gecə sürəti
Müvafiq tarif planları 00:01-dən 08:00-dək olan dövrdə 100/100 Mbit/s. sürətlə abunəçiləri təqdim edilir.
6. Ödənişlər
Şirkətimiz göstərilən xidmətlər üçün ödənişlərin mxtəlif üsullarla ödnilməsini seçim olaraq öz abunəçilərinə təqdim edirik. Terminallar vasitəsi ilə ödnildikdə ödənişlər adətən bir dəqiqə ərzində hesaba daxil edilir. Hər ehtimala qarşı ödəniş sonrası əldə edilən qəbzi saxlamaq tövsiyyə olunur. Ödəniş üçün istdəyiniz məbləği seçə bilərsiniz. Əgər hesab artıq bağlıdırsa, hesabın yenidən aktivləşməsi üçün mövcud tarif planına uyğun tam şəkildə ödəniş edilməlidir.
7. SMS bildiriş
SMS bildiriş xidməti tamamilə ödənişsizdir və məqsəd hesabı ilə bağlı məlumatın abunəçiyə çatdırılmasından ibarətdir. Hesabınızda qeyd edilən mobil nömrəyə ödənişlər haqda (bitmə və son ödəniş tarixi) əvvəlcədən məlumat xarakterli bildirişlər göndərilir. SMS bildirişlər gün ərzində 10:00-dan 21:00-dək sistem tərəfindən avtomatik olaraq göndərilir.
8. Texniki dəstək
Texniki dəstək - zəng mərkəzimiz günün 24 saatı fasiləsiz olaraq çalışır. Zəng mərkəzindən əlavə siz [email protected] ya da saytda online əlaqə formu vasitəsi ilə bizə müraciət edə bilərsiniz. Təmir üçün müraciət günün sonunda qəbul edildikdə, əməkdaşlar növbəti gün müraciətlə bağlı aidiyyatı ünvana göndərilir. Aldığınız xidmətlərdə nasazlıq varsa, bizə zəng edin. Problemin öz-özünə düzəlməsini gözləmək lazım deyil!
Keçirilmiş hər hansı güzəştli kompaniya qeydə alınmamışdır.